“Qarabağ”ın 7 futbolçusu milliyə çağırıldı
04.06.2023 , 13:14

“Qarabağ”ın 7 futbolçusu milliyə çağırılıb.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində iyunun 17-də Bakıda Estoniya ilə keçiriləcək matçına Elvin Cəfərquliyev, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Toral Bayramov və Bəhlul Mustafazadə dəvət alıblar.
U-21 millisinin iyunun 11-dək baş tutacaq toplanışına isə Nəriman Axundzadə çağırılıb.
