“Qarabağ”ın 5 futbolçusu rəmzi komandada
12.02.2019 , 11:45

Topaz Premyer Liqasının 16-cı turunun rəmzi komandası açıqlanıb.
PFL “InStat” şirkətinin təhlilinə əsasən 11-liyi müəyyənləşdirib. Rəmzi komandada “Qarabağ”ın 5 futbolçusu yer alıb:
Qapıçı: Səlahət Ağayev (“Neftçi”)
Müdafiəçilər: Donald Gerye, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Voislav Stankoviç (“Qəbələ”)
Yarımmüdafiəçilər: Tellur Mütəllimov (“Zirə”), Filip Ozobiç, Riçard Almeyda (hər ikisi “Qarabağ”), Davit Volkov (“Qəbələ”)
Hücumçular: Xulio Sezar Rodriqes (“Zirə”), Rauf Əliyev (“Qəbələ”)
