“Qarabağ”ın 5 futbolçusu milliyə çağırıldı
14.11.2023 , 10:00

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade ilə Leandro Andrade Kabo Verde yığmasına dəvət olunublar.
Korner.az xəbər verir ki, Monteneqro millisi noyabrın 16-da evdə Litva, üç gündən sonra səfərdə Macarıstanla üz-üzə gələcək.
Gürcüstan noyabrın 16-da Şotlandiyanı qəbul edəcək, 19-da İspaniyanın qonağı olacaq. Kabo Verde isə noyabrın 18-də Anqola, 21-də Esvatini ilə qarşılaşacaq.
