“Qarabağ”ın 4, “Səbail”in 3 futbolçusu rəmzi komandada
13.11.2018 , 17:00

“İnStat” şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının 11-ci turunun rəmzi komandası açıqlanıb
11-likdə “Qarabağ”dan 4, “Səbail”dən 3, “Neftçi”dən 2, “Zirə” və “Keşlə”dən isə hərəyə 1 futbolçu yer alıb.
Qapıçı: Emil Balayev (“Səbail”)
Müdafiəçilər: Ömər Buludov “Neftçi”, Bədavi Hüseynov (“Qarabağ”) – 2, Rahil Məmmədov (“Qarabağ”) – 3, Tellur Mütəllimov (“Zirə”) – 2
Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”) – 3, Filip Ozobiç (“Qarabağ”) – 3, Miçel (“Qarabağ”) – 3, Sərtan Taşkın (“Keşlə”)
Hücumçular: Ruslan Qurbanov (“Səbail”) – 2, Yevgeni Koçuk (“Səbail”)
