Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkatması olacaq.
Korner.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Ardıcıl dördüncü dəfə ölkəmizi qitəinin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ” da bu gün rəqibini tanıyacaq.
Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu səpələnmişlər sırasında yer alacaq. Artıq komandamızın potensial rəqibləri bəlli olub. Püşkdən bir neçə saat öncə UEFA klubları qruplara bölüb. Bununla təmsilçimizin mümkün rəqiblərinin sayı azalaraq 5-ə düşüb. Bunlar “Jalgiris” (Litva), “Düdelanj” (Lüksemburq), “Samtredia” (Gürcüstan), “Buduçnost” (Çernoqoriya) və ilk mərhələdə 1-ci cütün qalibi olacaq.
Birinci təsnifat mərhələsində aşağıdakı komandalar mübarizə aparacaq:
Səpələnmişlər
TNS (Uels) – 5,775
“Linfild” (Şimali İrlandiya) – 3,650
“Vikinqur” (Farer adaları) – 2,950
“Hibernians” (Malta) – 2,800
“Santa-Koloma” (Andorra) – 2,733
Səpələnməmişlər
“Alaskert” (Ermənistan) – 2,525
“La Fiorita” (San-Marino) – 1,566
“Europa” (Cəbəllütariq) – 1,500
“İnfonet” (Estoniya) – 1,300
“Trepça” (Kosova) – 1,000
Qurban Qurbanovun komandası üçün Ermənistan təmsilçisi rəqib ola bilməyəcək.
