Ölkə futbolu

“Qarabağ”ın 250-ci ev qələbəsi

17.09.2018 , 12:08

Topaz Premyer Liqasının IV turu “Qarabağ” üçün tarixi qələbəylə əlamətdar olub.

Ağdam klubu Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Bu, “Sumqayıt”la matça təsadüf edib. Qurban Qurbanovun yetirmələri “Azərsun Arena”da 1:0 hesablı qələbə qazanıb. Ölkə çempionatlarında öz meydanında keçirdiyi 370-ci matçda “250”ni fəth edən klub 67,6 faizlik qələbə əmsalına malikdir.

Qeyd edək ki, “Qarabağ” bu göstəricidə Azərbaycanın mütləq rekordçusudur. Əyalət təmsilçisinin ən yaxın izləyicilərindən “Neftçi” 236, “Kəpəz” 173 ev qələbəsinə malikdir.

Son yazılar

Yuxarı