Futbol

“Qarabağ”ın 200 minlik təklifini geri çevirdilər

08.07.2019 , 11:30

Şotlandiyanın “Sent-Mirren” klubunun qapıçısı Vaçlav Qladkini transfer etmək istəyən “Qarabağ” qolkiper üçün qarşı tərəfə etdiyi 200 min funt-sterlinq təklifi qəbul edilməyib.

Korner.az-ın “thescottishsun.co.uk” saytına istinadən verdiyi məlumata görə, “köhlən atlar”ın yenidən şotlandlarla danışığa başlayacağı bildirilir.

Məlumatda Ağdam klubunun Qladkiyə görə “Sent-Mirren”də qazandığından 6 dəfə çox məvacib təklif edəcəyi iddia edilir.

Son yazılar

Yuxarı