"Qarabağ"ın 2 görüşünün vaxtı dəyişdirilib.
Korner.az-ın məlumatına görə, ölkə kubokunun 1/8 final mərhələsində 25 noyabr tarixində baş tutacaq `Kəpəz` – `Qarabağ` 1 gün önə çəkilib. Səbəb isə Gəncənin digər təmsilçisi `Tərəqqi`nin eyni yarışda və meydanda qarşılaşmasının olmasıdır. `Qarabağ`ın oyununun vaxtının dəyişdirilməsi premyerliqada baş tutacaq `Qarabağ` – `Turan` matçının da Noybarın 28-dən 27-nə keçirilməsinə səbəb olub.
