“Qarabağ”ı Yunanıstan klubuna dəyişdi
09.07.2024 , 15:12

“Qarabağ” qapıçısı Luka Quqeşaşvili ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, qolkiper karyerasını Yunanıstanda davam etdirəcək.
Oyunçu bundan sonra “Panserraikos” klubunun qapısını qoruyacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.
