“Qarabağ”ı təhlil etməmişik” – “Vorskla”nın hücumçusu
20.10.2018 , 14:48

“Arsenal”la oyunda əsl azarkeşlər gördük. Onlar “Emireyts”də möhtəşəm atmosfer yaratmışdılar”.
Bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vorskla”nın hücumçusu Mixail Serqiyçuk deyib. Ukraynalı futbolçu oktyabrın 25-də Bakıda “Qarabağ”la keçirəcəkləri oyun barədə düşüncələrini bölüşüb. Sergiyçuk “Qarabağ”la oyunlarda 6 xal qazanmaq realdımı” sualına belə cavab verib: “Qarabağ”la oyunlarda nəyə qadir olduğumuzu oktyabrın 25-də biləcəyik. Hələlik onlar haqda nəsə deyə bilmərəm. Çünki rəqibin oyununu təhlil etməmişik. Yalnız Avropa Liqasındakı matçlarının icmalını izləmişik”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu oktyabrın 25-i, saat 20:55-də başlayacaq.
