“Qarabağ”ı məğlub etməliyik” – “Bazel”in sahibi
31.08.2021 , 11:55
“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Bazel”in sahibi David Degen açıqlama verib.
Korner.az-ın məlumatına görə, 38 yaşlı əfsanəvi veteran futbolçu bunları deyib:
“Bazel” həmişə beynəlxalq yarışlarda çıxış etməlidir. Uzun səfərlərdən məmnun olmasam da, qrupdakı rəqiblərdən razıyam. Onları məğlub etməliyik”.
Qeyd edək ki, “Qarabağ” ilə “Bazel” arasında ilk görüş sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.