“Bəlkə də bizi “Qəbələ” ilə oyundan da çətin qarşılaşma gözləyir. Uşaqlar bunu yaxşı dərk edirlər. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək”.
Korner.az-ın məlumatna görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.
Topaz Premyer Liqasının 20-ci turunda bu gün AZAL-la keçiriləcək oyundan danışan baş məşqçi görüşün asan olmayacağını bildirib: “Rəqib mübariz komandadır, meydançanın hər qarışı uğrunda vuruşur, motivasiyalıdır. “Qarabağ”ı məğlub ediblər və bu onlarda həvəsi daha da artırıb. Altı oyundur ki, top buraxmırlar”.
Qeyd edək ki, AZAL – “Kəpəz” oyunu saat 13:30-da başlayacaq.
