“Qarabağ”ı keçib baş məşqçi oldu
17.08.2018 , 14:07

Belarusun BATE klubu Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın mübarizədən kənarlaşdırılmasından sonra Aleksey Baqa ilə bağlı qərar verib.
37 yaşlı mütəxəssisin baş məşqçi təyinatı təsdiqlənib. Klub rəhbərliyi indiyə qədər bu vəzifəni müvəqqəti icra edən Baqa ilə yollarını davam etdirəcək.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə (1:0, 1:1) “Qarabağ”ı üstələyən Borisov təmsilçisi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.
