Azərbaycan futbol tarixində ilkə imza atan – Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubunun bu turnirin qrup mərhələsindəki rəqiblərinin adına aydınlıq gəlib. Qurban Qurbanovun yetirmələri son İngiltərə çempionu “Çelsi”, İspaniyada “Real” və “Barselona” rəqabətinə qoşulan “Atletiko” və İtaliyanın paytaxt komandası “Roma” ilə qarşılaşacaq. Hər üç komanda qrupdan çıxmaq uğrunda güclü mübarizəyə qoşulacaq. Bu amil “Qarabağ”ın qrup oyunlarında çox böyük sınaq qarşısında olduğunu sübut edir.
Ağdamlıların müdafiə xəttini gözləyən bir neçə “futbol təhlükəsi” var. Onlardan birincisi siə Londonun "Çelsi" komandasıdı. "Zadəganlar"ın əsas heyət üzvlərinin ötən mövsüm İngiltərə Premyer Liqasında göstəriyi oyun statistikasına baxaq. İlk yazıda Dieqo Kostanın statistikasına nəzər yetirmişdik Bu dəfə “Çelsi”nin yeni ulduzu Alvaro Moratanın bu mövsüm Premyer Liqada çıxdığı oyunların statistikasına baxaq
Alvaro Morata (“Çelsi”) – İngiltərə Premyer Liqası 2017/18
Morata “Çelsi”nin heyətində hələki matça çıxıb və 187 dəqiqə meydanda olub. Bu qarşılaşmalarda o 2 qol və 2 assistlə yadda qalıb. Bu göstəriciyə görə hazırda Moratanı ideal oyun formasında hesab etmək olar.
ÖTÜRMƏLƏR:
Alvaro Morata keçirdiyi üç Premyer Liqa matçında 41 ötürmə edib. Onlardan 21-i irəli, 19-u isə geriyə ötürülən top kimi qeydə alınıb. Morata cəmi 11 dəfə qeyri-dəqiq ötürmə edib. Onun ötürmə dəqiqliyi 73%-dir. Moratanın meydanı görmə bacarığını xüsusi qeyd etmək olar. Belə ki, ispaniyalı hücumçu 3 açar ötürmə edib ki, bunların ikisi qol ötürməsi olub. Bundan başqa futbolçu 5 dəfə təhlükəli epizod yaradıb.
ZƏRBƏLƏR:
Morata 187 dəqiqə ərzində qapı istiqamətinə cəmi 9 zərbə endirib. Onun bu yöndə dəqiqlik faizi 60%-lə ölçülüb. Morata cərimə meydançası daxilindən qapıya 6 zərbə endirib, digər 3 zərbəni isə uzaq məsafədən endirib. Moratanın vurduğu hər iki qol cərimə meydançası daxilində baş zərbəsi ilə qeydə alınıb.
İKİLİ MÜBARİZƏ:
Hücumçu üçün vacib məqamlardan biri də ikili mübarizədi. Sürətli əks hücum zamanı əksər vaxtlarda rəqib müdafiəçi ilə başa-baş mübarizə aparmalı olan hücumçular bu baxımdan yaxşı göstəriciyə malik olmalıdılar. Moratanı bu yöndə güclü hesab etmək olmaz. O keçiriyi 3 oyunun heç birində fərdi mübarizədə qalib ayrılmayıb. Rəqib futbolçu ilə cəmi 4 dəfə ikili mübarizə aparan Morata hamısında topu itirib. Lakin mövsümün hələ yeni başladığını nəzərə alsaq, gələcəkdə Alvaro bu səhvini düzəldə bilər.
HAVA MÜBARİZƏSİ:
“Qarabağ” müdafiəsinin ən böyük problemlərindən biri də hava mübarizəsidi. Komanda “Kopenhagen”lə pley-off matçlarında iki qol buraxıb və hər ikisini də hava toplarından. Morata bu mövsüm aktivinə yazdığı qolları başla vurub. Onun hava mübarizələrindəki göstəricisi 75%-dir.
Ardı var…
