“Qarabağ”dan yeni transfer – Rəsmi
17.06.2025 , 22:16

“Qarabağ” yeni transferini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi Dani Boltla razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.
O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
