“Qarabağ”dan yeni transfer – Rəsmi
18.07.2024 , 12:40
“Qarabağ” yeni mövsüm üçün növbəti transferini gerçəkləşdirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidti məlumat yayıb.
“Qarabağ” qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib. Klubula 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb.
Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.