“Qarabağ”dan yeni transfer – Rəsmi
15.07.2023 , 13:30

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “atlılar” yarımmüdafiəçi Patrik Andradeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Son klubu “Partizan” olan Andrade 2020-2022-ci illərdə “Qarabağ”da çıxış edib.
