“Qarabağ”dan yeni transfer – Rəsmi
26.01.2023 , 23:55

“Qarabağ” yeni transferi Yassin Benzia ilə müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, “Qarabağ” Yassin Benzianın müqavilə ilə məxsus olduğu Fransanın “Dijon” klubu ilə transfer danışıqlarını uğurla tamamlayıb. Fransalı hücumameyilli yarımmüdafiəçi ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.
Qeyd edək ki, Yassin Benzia “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib. Benzia Fransa Liqa-1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib.
