Ölkə futbolu

“Qarabağ”dan yeni müsabiqə

30.03.2020 , 16:09

Koronavirus pandemiyasına görə çempionat dayandırıldığı üçün “Qarabağ” klubu yeni bir layihəyə start verib.

Korner.az xəbər verir ki, klubun sosial şəbəkə hesablarında keçirilən müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı qaydalara əməl etməlidir:

* Hər gün iki dəfə olmaqla (12:00 və 20:00) bir foto paylaşılacaq;

* Hər paylaşıma yalnız 4 saat içərisində verilən cavablar nəzərə alınacaq;

* Bu fotoda 4 futbolçunun (1-i hazırki yerli, 1-i hazırkı əcnəbi, 1-i sabiq legioner, 1-i isə ən az 3 il oynamış yerli ) uşaqlıq fotoları yer alacaq;

* Hər paylaşımda bütün futbolçuları düzgün tapan ilk şəxsə 10, ikinci şəxsə 5, üçüncü şəxsə isə 3 xal veriləcək;

* Müsabiqənin yekununda qalib olan şəxs fasilədən sonra ilk oyunda sevimli futbolçusu tərəfindən forma ilə, ikinci və üçüncü yerin sahibləri də müxtəlif hədiyyələrlə mükafatlandırılacaq;

*Hər kəs hər paylaşıma yalnız bir cavab yaza bilər;

* Cavabları şəkildəki rəqəm ardıcıllığı ilə yazmağınız xahiş olunur.

QEYD: Redaktə olunmuş cavablar nəzərə alınmayacaq.

Son yazılar

Yuxarı