“Qarabağ”dan “Udineze”nin qapıçısına təklif
25.07.2019 , 17:32

“Qarabağ” “Udineze”nin qapıçısı Simone Skuffet transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə,Ağdam klubu italiyalı qolkiper üçün təklif göndərib.Bu barədə “La Gazzetta dello Sport” nəşri yazıb.”Kasımpaşa”dan altı aylıq icarədən qayıdan 23 yaşlı qapıçının “Qarabağ”a keçə biləcəyi deyilib.
“Udineze” Skuffet üçün yeni klub axtarışındadır.Məlumata görə,oyunçunun “Qarabağ”ın təklifini düşündüyü və yaxın zamanda qərarını verəcəyi bildirilir.
