“Qarabağ”dan təbrik mesajı – Səbail və Neftçi üçün – FOTO
14.05.2019 , 14:42

2018-2019-cu il ölkə çempionatının qalibi “Qarabağ” klubu rəqiblərini təbrik edib.
Klubun “Facebook” hesabı 2-ci və 3-cü pillədə qərarlaşan “Neftçi” və “Səbail” klublarını təbrik edib, onlara avrokuboklarda uğurlar arzu edib.
Bundan başqa Ağdam təmsilçisi onları çempionluq münasibəti ilə təbrik edən “Qəbələ” klubuna təşəkkür edərək, “Sumqayıt” ilə görüşdə uğur diləyib.
