“Qarabağ”dan qələbə
10.11.2024 , 20:50
Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
Korner.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edib. Oyun Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Günün 2-ci matçında isə son çempion “Qarabağ” evdə “Zirə” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
10 noyabr
19:00. “Qarabağ” – “Zirə” – 4:0
Qollar: Mateus Silva, 2, Yassin Benzia, 52 – pen., Bəhlul Mustafazadə, 59, Aleksey Kaşuk, 68
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
16:00. “Araz-Naxçıvan” – “Sumqayıt” – 1:0
Qol: Ülvi İsgəndərov, 87
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev
“Liv Bona Dea Arena”