"Biz püşkün bizə bəxş edəcəyi hər hansı rəqibə qarşı hazırlıqlı idik. Çünki 5 potensial rəqiblərin demək olar ki, hamısı çətin idi".
Bu sözləri Korner.az-a “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Ağdam klubunun rəsmisi daha sonra sözlərinə belə davam edib:
"Biz təbii ki, "Seviliya" və "Ayntraxt"dan çəkinirdik. Almaniya çempionatının son illərdəki inkişafını nəzərə alıb demək olar ki, Frankfurt klubu çətin rəqibdi. Onlar son mövsümü Bundesliqada 6-cı yerdə bitiriblər. Buna baxmayaraq bizim hədəflərimiz var. Biz "Qarabağ" olaraq Azərbaycan naminə sona kimi mübarizə aparacağıq və istədiyimiz nəticəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik".
