Futbol

“Qarabağ”dan nümunə götürməliyik” – “Dundalk”ın rəhbəri

19.07.2019 , 14:27

“Biz “Qarabağ”ın uğurlarına, onların gördüyü işlərə baxmalıyıq. Biz də məhz belə nailiyyət qazanmaq istəyirik. Görün, 2012-ci ildə “Qarabağ” harda idi və indiki səviyyəyə çatmaq üçün nələr etdilər. Biz də məhz bunu təkrarlamaq istəyirik”.

Korner.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dandolk” klubunun sədri Mayk Treysi deyib.

O, bildirib ki, cütün favoriti “Dandolk”dı:

“Qarşıdakı matçı səbirsizlikə gözləyirik. Böyük ehtimalla, cütün favoriti “Dandolk” deyil. Amma bizim futbolçular o qədər istəklidilər ki, onlar hər dəfə meydana çıxanda qalib gələ biləcəklərini düşünürlər”.

Xatırladaq ki, “Qarabağ”la “Dandolk” arasında ilk matç iyulun 24-ü səfərdə, cavab qarşılaşması iyulun 31-i Bakıda olacaq.

Son yazılar

Yuxarı