“Qarabağ” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Korner.az-ın məluatına görə, “Sumqayıt”ın gənc qolkiperi Şahruddin Məhəmmədəliyev “kimyaçılar”la müqaviləsini qarşılıqlı şəkildə ləğv edib.
Artıq Şahruddinin yeni komandası da məlumdur. Belə ki, qolkiper “Qarabağ”la razılaşıb. Məhəmmədəliyevin sabah Ağdam təmsilçisinin Antalyadakı təlim-məşq toplanışına qoşulacağı gözlənilir.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev həm də 21 yaşlılardan ibarət millimizin üzvüdür. (sportal.az)
