“Qarabağ”dan növbəti transfer
15.07.2019 , 17:23

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” üçüncü transferini reallaşdırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə,Ağdam təmsilçisi Rerras Faysalı heyətinə qatıb.Mərakeşli müdafiəçiylə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki,26 yaşlı futbolçu sonuncu dəfə Fransanın “Bezye” klubunda çıxış edib.
