Transferlər

“Qarabağ”dan növbəti transfer!

24.07.2018 , 16:32

Yeni mövsümə 6 yeni transferlə başlayan “Qarabağ” bu dəfə hücum xəttini gücləndirib.

Komanda “Bursaspor”un forvardı Con Delarjı heyətinə qatıb. Konqolu hücumçuyla 3 (2+1) illik müqavilə imzalanıb.

Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.

Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.

Son yazılar

Yuxarı