“Qarabağ” ardıcıl 6-cı qələbəsini qazanıb.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası sonuncu dəfə 23-cü turun “İnter”lə oyununda xal itirib – 1:1.
Bununla da Ağdam klubu mövsümün rekordunu yeniləyib. Bunadək rekord 19-23 turlarda 5 qələbə qazanan “Zirə”yə məxsus idi.
24-cü turda məhz “Zirə”nin qələbə seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1), “Xəzər Lənkəran”ı (2:1) məğlub edib.
