“Qarabağ”dan “Kəpəz”ə
06.07.2023 , 09:00

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.
Korner.az xəbər verir ki, komanda “Qarabağ”dan Zamiq Əliyevi transfer etdiyini açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm “Qarabağ”dan icarəyə götürülən gənc futbolçu Ağdam klubu ilə yollarını ayırdığından “Kəpəz”in tam hüquqlu üzvünə çevrilib. Əliyev ilə formasında daşıdığı nömrəyə uyğun olaraq 1+1 olmaqla 2 illik müqavilə imzalanıb.
