“Qarabağ”dan heç kim bunu gözləmirdi” – Yan Oblak
19.12.2019 , 12:11

“Həmin mövsüm bizim üçün ağır keçdi. Xüsusən “Qarabağ”la matçları qeyd edərdim. Onları iki oyunun heç birində məğlub edə bilmədiyimizə görə ÇL-də qrupda qaldıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri Madridin “Atletiko” klubunun qapıçısı Yan Oblak “Marca” nəşrinə verdiyi müsahibədə futbolçu karyerasında yadda qalan məqamlarla bağlı danışarkən deyib.
Sloveniyalı qapıçı daha sonra sözlərinə belə davam edib:
“Qarabağ”a hörmətimi vurğulamaqla yanaşı deməliyəm ki, bunu heç kim onlardan gözləmirdi. Həqiqət isə budur ki, onlar yaxşı müdafiə olunurdular. Bu səbəbdən də biz istəyimizə nail ola bilmədik”
