“Qarabağ”dan heç-heçə, “Sabah”dan qələbə
14.02.2020 , 16:46

I Divizionda XV tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Sabah-2” səfərdə “Zirə”nin ikinci komandasını məğlub edib. “Qarabağ-2” isə Zaqatala səfərindən 1 xalla ayrılıb.
Birinci Divizion
XV
14 fevral
Zirə-2 – Sabah-2 1:2
Qol: Bəxtiyar Həsənalızadə, 87 – Zahid Mərdanov, 45+2-pen. Fərid Kərimzadə, 77.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Rəvan Həmzəzadə.
“AZAL Arena”, 14:00
Zaqatala – Qarabağ-2 1:1
Qol: Sərxan Abdullayev, 79 – Musa Qurbanlı, 12-pen.
Hakimlər: Rauf Cabarov, Taleh Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov
Zaqatala şəhər stadionu, 14:00
Qeyd edək ki, bu tur MOİK komandası istirahət edib. “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Səbail-2” – “Ağsu” matçı keçirilməyib.
