Bu gün Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, ikinci oyun gününə üç qarşılaşma nəzərdə tutulub.
Turun mərkəzi görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Burada “Neftçi” əzəli rəqibi olan “Xəzər Lənkəran”ı sınağa çəkəcək.
Avropa Liqasında yeganə təmsilçimiz “Qarabağ” səfərdə AZAL-ın qonağı olacaq. “Simurq” isə doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək.
Qeyd edək ki, tura sabah keçiriləcək "Bakı" – "Sumqayıt" oyunu ilə yekun vurulacaq.
13 sentyabr (şənbə)
Premyer Liqa, 5-ci tur
“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Qol: Flavinyo 28.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
“Simurq” – “Qəbələ” – 1:2
Qollar: Rəşad Eyyubov, 11 // Dodo, 70, 84
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu.
AZAL – “Qarabağ” – 0:3
Qollar: Çumbinyo, 20, Leroy, 41, Reynaldo, 68
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov
“AZAL Arena”.
14 sentyabr (bazar)
17:30. “Bakı” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
12 sentyabr
17:30. “Araz Naxçıvan” – “İnter” – 1:3
Qollar: Baçana Sxadadze, 50 (0:1), Coşqun Diniyev, 60 (0:2), Ruslan Zubkov, 80 (1:2), Asif Məmmədov, 83 (1:3)
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Naxçıvan MR stadionu.
