Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Korner.az-ın məlumatına görə, turun ilk oyun günündə yalnız 1 qarşılaşma keçiriləcək. Son çempion və turnir cədvəlinin hazırki lideri “Qarabağ” AZAL-la qarşılaşacaq.
Son 2 turda 3 xal qazanan Ağdam klubu ardıcıl üçüncü qələbəsini qazanmaqla ən azı 2 günlük vahid lider ola bilər. AZAL isə mövsümdə ilk qalibiyyətini əldə etməyə çalışacaq.
Turun digər oyunları sentyabrın 10-11-də keçiriləcək.
Premyer Liqa
IV tur
9 sentyabr
18:30 “Qarabağ” – AZAL – 6:0 (Birinci hissə)
Qol: Reynaldo, 2
Hakimlər: Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
“Əlincə Arena”
