Ölkə futbolu

“Qarabağ”dan daha bir transfer – Rəsmi

03.08.2021 , 18:46

“Qarabağ” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Ağdam təmsilçisi “Kadis”dən Qaspar Panadero Zamoranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vingerlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Zamora 2020-ci ilin avqustundan “Kadis”də çıxış edib. Vinger ötən mövsümü icarə əsasında Sequnda təmsilçisi “Ponferradina”da keçirib.

 

Son yazılar

Yuxarı