Ağdamın “Qarabağ” klubu daha bir futbolçunun transferini reallaşdırıb.
Klubdan Korner.az-a verilən məlumata görə, komandanın düşərgəsində baxışda olan “Krasnodar”ın sabiq yarımmüdafiəçisi Elgün Uluxanovla müqavilə imzalanıb.
Saziş 1.5 illik müddətində olacaq. 19 yaşlı futbolçunun transfer vərəqəsi alınmayıb. Buna görə də o, bir müddət əvəzedici komandada çıxış edəcək.
