“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində sabah səfərdə Çexiyanın “Viktoriya Plzen” klubu ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, ötən turda “F91 Düdelanj”la matçda teleyayım olmadığına görə klub təşəbbüsü üzərinə götürərək qarşılaşmanı “youtube” kanalı canlı yayımlamışdı.
Lakin bu qarşılaşmada teleyayım olacağına görə, “youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımda verilməsi ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərməyib.
“Viktoriya Plzen” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb.
