Çempionlar liqası

“Qarabağ”dan bəyanat: Canlı yayım olacaq!

25.07.2018 , 15:08

Məlum olduğu kimi, bu gün baş tutacaq “Kukesi” – “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb.

Azarkeşlərin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “AZƏRÇAY” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın”Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir.

Ətraflı məlumatı isə tam razılıq əldə olduqdan sonra sizlərlə paylaşacağıq.

 

Son yazılar

Yuxarı