“Qarabağ”dan azarkeşlərinə sevindirici xəbər
21.04.2023 , 17:15
“Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərini sevindirib.
Korner.az xəbər verir ki, Premyer Liqanın 31-ci turunda keçiriləcək “Qarabağ” – “Zirə” oyununa giriş pulsuz okacaq.
Bu barədə Ağdam klubunun sosial şəbəkə hesabından məlumat paylaşılıb.
Belə ki, azarkeşlər bu oyuna aldıqları biletləri növbəti ev oyununda – “Qəbələ” ilə matçda istifadə edə biləcəklər.
Azersun Arena”da keçiriləcək Qarabağ” – “Zirə” matçına saat 20:00-da start veriləcək.