“Qarabağ”dan azarkeşlərinə müraciət
29.11.2018 , 17:10

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Sportinq”lə oyun öncəsi azarkeşlərinə müraciət edib.
Müraciətdə matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapılarının 3 saat əvvəldən (saat 18:55) açıq olacağı, ictimai dayanacaqların azarkeşlərin xidmətində olacağı və oyun gec başa çatacağından “Koroğlu” metrostansiyasının daha gec – 01:00-da bağlanacağı bildirilib.
Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.
