“Qarabağ”dan azarkeşlərə müraciət
12.08.2021 , 16:38

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün Bakıda Kiprin AEL komandası ilə qarşılaşacaq “Qarabağ” azarkeşlərinə müraciət edib.
Tərəfdarlara görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionuna girişi matç saatına saxlamamaq tövsiyə olunub.
“Qapılar saat 18:00-da açılacaq. Stadion önündə sıxlığın yaranmaması üçün azarkeşlərimizdən yerlərini öncədən tutmalarını xahiş edirik”, – müraciətdə bildirilib.
Qarşılaşma saat 20:00-da başlayacaq. İlk oyunda qalib müəyyənləşməyib – 1:1.
