“Qarabağ”ın rəsmi “Facebook” səhifəsi azarkeşlərə müraciət edib
Korner.az-ın məlumatına görə, müraciətin mətnini təqdim edirik:
“Hörmətli, xalqımız. Lütfən, rəqibin feysbuk səhifəsində artıq-əskik fikirlər yazmayaq. Alicənablığımızı nümayiş etdirək. Onlara barbarlığımızla deyil, mədəniyyətimizlə örnək olaq.
Mümkün qədər bu statusu paylaşaq, xalqımızın gözəl əxlaqını sərgiləyək…”
Artıq avrokuboklarda mübarizə aparacaq klublarımızın püşkatmada rəqiblərinin bilinməsindən sonra azərbaycanlı feysbuk istifadəçiləri rəqib komandaların rəsmi səhifələrinə daxil olmağa və əks tərəfi təhqir etməyə başlayıb.
“Qarabağ” və “Qəbələ”nin rəqibləri olan “Yanq Boyz” (İsveçrə) və “Panatinaikos”un (Yunanıstan) rəsmi səhifələri bundan əvvəlki xarici klublar kimi bir müddətdən sonra Azərbaycandan girişi bağlamaq məcburiyyətində qalacaq.
