“Qarabağ”dan azarkeşlərə müraciət
29.07.2023 , 10:30

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Rakuv” klubunu qəbul edəcək.
Korner.az xəbər verir ki, “Qarabağ”ın “YouTube” kanalı oyunla bağlı paylaşım edərək, azarkeşlərə çağırış edib:
“Əziz azarkeşlərimiz!
“Rakuv”la Bakı Olimpiya Stadionunda keçirəcəyimiz oyunda yolunuzu gözləyirik!
Milyonlarla ürək yenə eyni döyünəcək!
Sizin dəstəyinizlə bu dəfə də bacaracağımıza inanırıq!
Biz birlikdə “Qarabağ”ıq!”
Avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
