“Qarabağ”dan azarkeşlərə müraciət
10.07.2023 , 15:37

“Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Linkoln”la (Cəbəllütariq) səfər matçını stadiondan izləmək azarkeşlərə müraciət edib.
Korner.az xəbər verir ki, bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.
Müraciətdə bunlar qeyd olunub:
“Linkoln” – “Qarabağ” oyununda komandamızı Cəbəllütariqdə dəstəkləmək istəyən azarkeşlərimizin diqqətinə!
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” matçını “Viktoriya” stadionundan izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər oyun günü saat 16:30-dan satılacaq. Biletin qiyməti 5 funt-sterlinqdir”.
“Linkoln” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.
