“Qarabağ”dan ayrılan futbolçunun yeni klubu müəyyənləşdi
05.02.2025 , 16:30

“Qarabağ”dan ayrılan Julio Romaonun yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını Macarıstanda davam etdirəcək.
25 yaşlı oyunçu “Ferensvaroş” klubuna keçib.
Bu barədə Budapeşt təmsilçisi məlumat yayıb.
Tərəflər arasında imzalanan müqavilənin detalları məlum deyil.
