“Zirə” klubu heyətini gücləndirməkdə davam edir.
Klubun mətbuat xidmətindən korner.az-a verilən məlumata görə, daha iki futbolçunun keçidi rəsmiləşib.
“Qarabağ”dan ayrılan yarımmüdafiəçi Hacı Əhmədovla 1+1 il şərti ilə müqavilə imzalanıb. “Qəbələ”nin hücumçusu Tellur Mütəllimov isə bir il müddətinə icarəyə götürülüb.
Qeyd edək ki, “Zirə” daha öncə AZAL-dan Rəşad Abdullayev və Kamal Bayramovu, “Qəbələ”dən isə Tərzin Cahangirovla Sadiq Quliyevi heyətinə cəlb edib.
