Ağdamın "Qarabağ" klubundan ayrılan Leroy Corcun yeni klubu bəlli olub.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçu Türkiyə PTT I Liqasının debütantı "Göztəpə"yə transfer olub.
28 yaşlı yarımmüdafiəçi İzmir təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, son 2 mövsümdə "Qarabağ"ın formasını geyinmiş Corc 85 oyunda meydana çıxıb, 23 qol vurmağı bacarmışdı.
