Futbol

“Qarabağ”da zədəlilərin son durumu

27.11.2019 , 20:57

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya”nın qonağı olacaq.

Korner.az xəbər verir ki, İspaniya klubu ilə oyun öncəsi komandada zədəlilərin durumu müəyyənləşib. Vacib matçdan öncə Mahir Emreli və Dani Kintana tam hazırdır.

Maksim Medvedevin durumu isə qeyri-müəyyəndir. Onun meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq. Həkimlərin rəyi müsbət olsa, Maksim forma geyinəcək.

Son yazılar

Yuxarı