Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə qarşılaşacaq "Qarabağ" bu gün Bakıda məşqə çıxıb.
Korner.az-ın məlumatına görə, paytaxtdakı Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda səfər öncəsi son məşqini keçirən Ağdam təmsilçisi arzuolunmaz hadisə ilə üzləşib.
Belə ki, hazırlıq zamanı qapıçı İbrahim Şehiçlə toqquşan Leroy Corc zədələnərək məşqçi yarıda dayandırıb. Başından zədə alan hollandiyalı futbolçu həkimlərin nəzarəti altında kənarda uzanıb.(Futbolinfo.az)
