“Qarabağ”da yeni təyinat
26.01.2024 , 10:33
“Qarabağ”da yeni təyinat gerçəkləşib.
Korner.az xəbər verir ki, Vüqar Əsgərli klubun futbol akademiyasında çalışacaq.
O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib. Əsgərlinin sonuncu iş yeri “Şamaxı” olub. O, ötən mövsüm komandaya rəhbərlik edib.
Qeyd edək ki, mütəxəssis bunadək Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb.
Əsgərli vəzifəsindən ayrıldığını açıqlayan Rakif Əliyevi əvəzləyib.