“Qarabağ”ın heyətində bir neçə futbolçu yeni mövsümdən yeni nömrəli futbolkalarla çıxış edəcəklər.
Korner.az-ın məlumatına görə, ötən mövsümü 97 nömrəli futbolka ilə başa vuran Mahir Mədətov qarşıdakı ili 11 nömrə ilə çıxış edəcək.
Son mövsümdə “99” nömrəsini götürən Muarem Muarem isə qarşıdakı oyunlara 10 nömrəli futbolka ilə çıxacaq. Kintana isə 99 nömrəli futbolkanı seçib.
